Trixoloq: Yağış altında çətirsiz tez-tez qalmaq saçlara zərər verir

SAĞLAMLIQ
19:19 / 28.07.2026
42

Şəhər şəraitində çətirsiz yağış altında qaldıqdan sonra evə qayıdan kimi saçları yumaq tövsiyə olunur. Çünki yağış suyunun tərkibində saç üçün zərərli ola biləcək toksik maddələr ola bilər. 

HİT.az xəbər verir ki, bu barədə trixoloq Yuliya Qallyamova gazeta.ru-ya müsahibəsində bildirib.

“Şəhərdə yaşayan insanlar üçün bu, arzuolunan deyil. Yağış damcılarının tərkibində torpaqdan qalxan buxarlar, ağır metallar, avtomobil egzoz qazları və digər zərərli maddələr ola bilər. Bütün bu toksik birləşmələr yağış damcılarına qarışa bilər. Buna görə də başı örtmək məsləhətdir. Bununla belə, insanları qorxutmaq istəmirəm. Əgər bu, tək dəfə baş veribsə, ciddi problem yaratmayacaq. Sadəcə evə qayıtdıqdan sonra saçları şampunla yuyub, daha sonra balzamdan istifadə etmək kifayətdir”, deyə həkim bildirib.

Mütəxəssisin sözlərinə görə, mütəmadi olaraq çətirsiz və ya başlıqsız yağış altında qalmaq saçın strukturunun pozulmasına və hətta saç tökülməsinə səbəb ola bilər.

“Əgər işinizlə əlaqədar tez-tez yağış altında olursunuz və başınızı çətir və ya başlıqla qorumursunuzsa, bu, saçlara ciddi zərər verə bilər. Hətta saç tökülməsi və saç telinin strukturunun pozulması ilə nəticələnə bilər. Üstəlik, islanmış saçları toplamayıb açıq saxlayırsınızsa, yaş saç telləri bir-birinə sürtünərək daha asan zədələnir. Xüsusilə yağışların tez-tez yağdığı dövrlərdə çətirdən istifadə etməmək düzgün deyil. Tək dəfə yağışda islanmısınızsa, narahat olmağa dəyməz, lakin saç tam islanıbsa, evə qayıdandan sonra mütləq yuyulmalıdır. Ümumilikdə isə müntəzəm olaraq çətir və ya başlıqdan istifadə etmək tövsiyə olunur”, deyə Yuliya Qallyamova əlavə edib.

Samir

0