D vitamini sümük, əzələ və immun sisteminin sağlamlığının qorunmasında mühüm rol oynayır. Sardina ən yaxşı D vitamini mənbələrindən biri hesab olunsa da, bəzi balıq növlərində bu vacib maddənin miqdarı daha çoxdur.
HİT.az "Verywellhealth"ə istinadən xəbər verir ki, əksər böyüklərin gündəlik D vitamini ehtiyacı 15–20 mikroqram (600–800 BV) təşkil edir. Mütəxəssislər bu vitaminin çatışmazlığını aradan qaldırmağa kömək edə biləcək 4 balıq növünü açıqlayıblar.
Alabalıq
Araşdırmalara görə, D vitamini baxımından lider göy qurşağı alabalığıdır. Təxminən 85 qramlıq porsiyada 16,2 mikroqram (645 BV) D vitamini olur ki, bu da gündəlik normanı üstələyir.
Qızılbalıq
Digər zəngin mənbə isə qızılbalıqdır. Təxminən 85 qramlıq porsiyada 14,2 mikroqram (570 BV) D vitamini mövcuddur.
Tuna
Bir porsiya tunada 5,8 mikroqram (231 BV) D vitamini olur. Bundan əlavə, bu balıq yaxşı zülal mənbəyidir və tam dəyərli nahar və ya şam yeməyi üçün uyğun seçim hesab olunur.
Siyənək
Siyənək də D vitamini ilə zəngin balıqlar siyahısına daxildir. Bir porsiyasında 4,55 mikroqram (182 BV) D vitamini mövcuddur.
D vitamini başqa hansı məhsullarda var?
Əgər balıq qidalanmada nadir hallarda istifadə olunursa, D vitamini ilə zənginləşdirilmiş digər məhsullar da bu maddənin ehtiyatlarını artırmağa kömək edə bilər. Araşdırmalara əsasən, bunlara aşağıdakılar daxildir:
* süd və süd məhsulları;
* yoqurt və kefir;
* bəzi pendir növləri;
* quru səhər yeməkləri və çörək;
* D vitamini əlavə edilmiş portağal şirəsi.
Bundan başqa, tədqiqatlar göstərir ki, az miqdarda D vitamini yumurta, kambala balığı, tilapiya, donuz əti və bəzi ət məhsullarında da olur.
Mütəxəssislər xatırladırlar ki, yağlı balıqlar D vitamininin ən yaxşı təbii mənbələrindən biri olaraq qalır. Buna görə də onların müntəzəm istehlakı orqanizmdə bu vacib vitaminin lazımi səviyyədə saxlanmasına kömək edə bilər.
Samir


