Alimlər insan beyninin çoxdan mövcud olan sirlərindən birini açıqladı

SAĞLAMLIQ
18:00 / 13.08.2026
44

Neyrobioloqlar heyvan gözlənilən mükafata yaxınlaşdıqca beyində dopamin səviyyəsinin niyə tədricən artması ilə bağlı uzun illərdir mövcud olan suala izah veriblər. Yeni hesablama modelinə əsasən, bunun səbəbi iki öyrənmə sisteminin – sürətli və yavaş sistemlərin birgə fəaliyyətidir. 

HİT.az xəbər verir ki, tədqiqatın nəticələri "eLife" jurnalında dərc olunub.

Model iki sistemi birləşdirir. Bazal qanqlionlarla əlaqəli yavaş sistem situasiyaların dəyərini tədricən "yadda saxlayır". Alın payında yerləşən sürətli və çevik sistem isə zehni xəritələr qurur və sürətlə nəticə çıxara bilir.

Beyin proqnoz xətasını hesablayarkən sürətli sistem artıq mükafatın yaxın olduğunu "bilir", yavaş sistem isə hələ buna uyğunlaşmağa macal tapmır.

Məhz bu iki sistem arasındakı getdikcə artan fərq dopamin siqnalının tədricən güclənməsinə səbəb olur. Asimmetrik model mühiti standart modellərdən daha sürətlə qiymətləndirməyi öyrənib və əvvəlki modellərin izah edə bilmədiyi "artan" dopamin siqnalını dəqiq şəkildə təkrarlayıb.

Model həmçinin uzunmüddətli məşqdən sonra dopamin səviyyəsinin niyə tədricən sabitləşdiyini izah edib. Zaman keçdikcə "yadda saxlanılan" dəyərlər hesablanmış dəyərlərə çatır və iki sistem arasındakı fərq azalır.

Bundan əlavə, model mükafatın dəyişdirilməsinin məqsədə aparan bütün yollarda dopamin siqnallarını dərhal yenidən quracağını düzgün proqnozlaşdırıb.

Tədqiqat müəlliflərinin fikrincə, bu nəticələr beynin vərdişləri çevik düşüncə ilə necə birləşdirdiyini anlamaq istiqamətində mühüm addımdır.

Samir

0