Psixoloq depressiya ilə payız kədəri arasındakı əsas fərqləri açıqladı

SAĞLAMLIQ
20:56 / 22.09.2026
38

Payız kədəri adətən müəyyən müddətdən sonra keçib gedir. Klinik depressiya isə davamlı fiziki zəiflik, əhvalın uzunmüddətli şəkildə aşağı düşməsi və bir sıra digər əlamətlərlə müşayiət olunur. 

HİT.az xəbər verir ki, bu barədə "VSE42.RU" ilə söhbətində praktik psixoloq, ezoterika və enerji praktikaları üzrə mütəxəssis Olqa Çeremnova xəbərdarlıq edib.

Mütəxəssis izah edib ki, mövsümi kədər zamanı insan pis hava şəraitinə görə özünü məyus hiss edə bilər, lakin yaxınları ilə görüşlərdən, sevdiyi məşğuliyyətlərdən və digər xoş hadisələrdən zövq almağa davam edir. Depressiya zamanı isə mənfi emosional vəziyyət iki həftədən çox davam edir və gündəlik həyata təsir göstərməyə başlayır.

Psixoloqun sözlərinə görə, depressiyanın əsas əlamətləri əvvəllər zövq verən şeylərə marağın itməsi, əhvalın davamlı şəkildə aşağı olması, həmçinin keçməyən fiziki zəiflikdir. Bundan başqa, yuxu problemləri, insanın özünü lazımsız hiss etməsi, hər hansı iş görmək istəyinin kəskin şəkildə itməsi və güclü günahkarlıq hissi də problemin göstəriciləri ola bilər.

Belə vəziyyətlə üzləşən insanlara ekspert yazın gəlməsini gözləməməyi tövsiyə edib.

“Psixoloq və ya psixoterapevtin vaxtında göstərdiyi yardım sadəcə günəşli havanı gözləməklə müqayisədə həyata marağı daha tez qaytarmağa kömək edəcək”, deyə o xatırladıb.

Samir
 

0