Payızda immuniteti gücləndirən ən faydalı qidalar

SAĞLAMLIQ
19:21 / 26.09.2026
41

Payızın ilk günlərində immun sistemini dəstəkləmək üçün qida rasionuna balqabaq, alma, yağlı balıq, qəhvəyi düyü və təzə göyərti daxil etmək tövsiyə olunur. 

HİT.az xəbər verir ki, bu barədə diyetoloq Olqa Yamilova məlumat verib.

Mütəxəssisin sözlərinə görə, sentyabr ayında qidalanma həm sinir sistemini dəstəkləməli, həm də orqanizmi soyuq aylara hazırlamalıdır. Balqabaq, balqabaqkimilər, kök və çuğundur lif, beta-karotin və kaliumla zəngindir.

Diyetoloq alma, gavalı, üzüm və çaytikanının da faydalı olduğunu bildirib. Bu məhsulların tərkibində polifenollar, antosianinlər və C vitamini var. Lif bağırsaqların normal fəaliyyətinə kömək edir, antioksidantlar isə iltihabi proseslərin riskinin azalması ilə əlaqələndirilir. C vitamini də immun sisteminin fəaliyyətində mühüm rol oynayır.

Yamilova yağlı balıq, yumurta sarısı və göbələklərin D vitamini mənbəyi olduğunu qeyd edib. Bundan əlavə, ağ düyü əvəzinə qəhvəyi düyü, tam taxıllı çörək, yarpaqlı göyərti və müxtəlif tərəvəzlərə üstünlük vermək məsləhət görülür.

Mütəxəssis ət, quş əti, balıq və pendirin isə zülal, triptofan və tirozinlə zəngin olduğunu vurğulayıb. Bu maddələr orqanizmdə serotonin və dopaminin yaranmasında iştirak edir və əhval-ruhiyyənin qorunmasına kömək edir.

Samir

0