Psixoloq Sergey Lanq hansı davranış modelləri və gündəlik vərdişlərin insanı tədricən depressiv vəziyyətə gətirib çıxara biləcəyini izah edib.
HİT.az xəb verir ki, o, bu barədə “AİF”ə müsahibəsində danışıb.
Mütəxəssisin fikrincə, problem çox vaxt qəfil “uçurum”dan deyil, daxili stimulun itirilməsindən başlayır. İnsan nəyisə dəyişmək istəyini itirir, hərəkətlərini ətalətlə davam etdirir və zaman keçdikcə öz laqeydliyinə daha da qərq olur.
Lanq “gözə çarpmayan” siqnallara diqqət çəkib. Bunlardan biri əvvəllər müəyyən qədər məmnunluq gətirən işlərlə məşğul olmaq üçün davamlı istəksizlikdir.
“İnsanda belə bir vəziyyət başlayır: “İdman zalına getmək istəmirəm”, “Bazar ertəsi işə getmək istəmirəm”. İnsan həyatında olan şeylərə qarşı xoşagəlməz münasibət göstərməyə başlayır: “Dostlarımla ünsiyyət qurmağı sevmirəm”, “İdmanla məşğul olmağı sevmirəm”, “İşimi sevmirəm”, “Dostlarım məni başa düşmür”, “Anamla atam məni sıxırlar” və sair. İnsan ətrafındakı hər şeyi inkar edərək yaşamağa başlayır”, – ekspert izah edib.
Psixoloq həmçinin vurğulayıb ki, depressiya çox vaxt tədricən formalaşır. İnsan illər ərzində problemlər toplaya, onları həll etməyə və şəxsi həyatını qaydaya salmağa cəhd göstərməyə bilər.
Lanqın sözlərinə görə, bu vəziyyət sonda depressiyaya gətirib çıxara bilər.
Samir


