Diyetoloq niyə yaşıl banan yeməyi tövsiyə edir?

SAĞLAMLIQ
16:45 / 06.10.2026
53

Banan sağlam və rahat qəlyanaltı hesab edilsə də, onun yetişmə dərəcəsi qida dəyərinə təsir edir.

HİT.az xəbər verir ki, diyetoloq-nutritionist Sofiya Kovanova “AiF”ə müsahibəsində qidalanma məqsədindən asılı olaraq yetişməmiş, yaşıl bananlara üstünlük verməyin faydalı ola biləcəyini bildirib.

Onun sözlərinə görə, yaşıl bananlarda davamlı nişastanın miqdarı daha çoxdur. Bu maddə bağırsaq mikrobiotası üçün qida mənbəyi rolunu oynayır və həzm sisteminin fəaliyyətinə müsbət təsir göstərə bilər.

Diyetoloq qeyd edib ki, banan yetişdikcə tərkibində orqanizm üçün daha əlçatan karbohidratların miqdarı artır.

“Daha yetişmiş bananda daha çox əlçatan karbohidrat olur. Bu isə pəhriz saxlayan insanlar üçün arzuolunan deyil”, - Kovanova vurğulayıb.

Mütəxəssislər bəzi sağlamlıq problemləri zamanı yetişmiş bananların qəbuluna da diqqət yetirməyi tövsiyə edirlər. Xüsusilə ağır böyrək çatışmazlığı olan insanlarda kaliumun orqanizmdən xaric edilməsi çətinləşə bilər. Diabet zamanı isə meyvələrdəki təbii şəkərlərin gündəlik rasionda nəzərə alınması vacibdir.

Bununla belə, bananın hansı formada və nə qədər istehlak edilməsinin insanın ümumi sağlamlıq vəziyyətindən və qidalanma məqsədindən asılı olduğu bildirilir.

Samir

0