Alim insanların əsrlərlə yaşamasının mümkün şərtini açıqladı

SAĞLAMLIQ
22:56 / 16.10.2026
63

İnsanların başının daha gənc bədənə köçürülməsi gələcəkdə ömür müddətinin əsrlərlə uzanmasına imkan verə bilər. 

HİT.az-ın xəbər verir ki, bu fikri Çin Ənənəvi Tibb Universitetinin İkinci Affilləşdirilmiş Xəstəxanasının ortopediya şöbəsinin direktoru, professor Syaopin Ren səsləndirib.

Gazeta.ru-nun RİA Novosti-yə istinadən verdiyi məlumata görə, alim hesab edir ki, bədəni gənc saxlamaq və başın başqa bədənə köçürülməsi nəzəri baxımdan insan ömrünü əhəmiyyətli dərəcədə uzada bilər. O, bu ehtimalı heyvanlar üzərində aparılmış təcrübələrlə əlaqələndirib və belə bir prosedurun yaxın gələcəkdə mümkün ola biləcəyini iddia edib.

Bununla belə, başın başqa bədənə köçürülməsi hazırda insanlarda həyata keçirilə bilən, təhlükəsiz və sübut olunmuş tibbi prosedur deyil. Belə bir əməliyyatda onurğa beyninin birləşdirilməsi, sinir sisteminin fəaliyyətinin bərpası və immunoloji uyğunluq kimi ciddi problemlər mövcuddur. Buna görə də insanların bu üsulla əsrlərlə yaşaya biləcəyi fikri hələlik elmi fərziyyə olaraq qalır.

Qeyd edək ki, bundan əvvəl Skolkovo Elm və Texnologiya İnstitutunun alimləri tibbin qocalma proseslərinin əksəriyyətini dayandırmağı bacardığı halda belə, insan ömrünün bioloji həddi ola biləcəyini irəli sürüblər. Onların hesablamalarına görə, bu halda insanların orta hesabla 146–194 il yaşaması mümkün ola bilər.

Samir

0