Azərbaycanlı rejissor və aktyorlar Venesiyada qırmızı xalıda - FOTO

MƏDƏNİYYƏT
23:35 / 11.09.2020
1277

Xəbər verdiyimiz kimi, azərbaycanlı rejissor Hilal Baydarovun “In Between Dying” filmi (“Səpələnmiş ölümlər arasında”) Venesiya Film Festivalına qatılıb.

Filmin rejissoru Hilal Baydarov, baş rol ifaçıları Orxan isgəndərli, Rəna Əsgərova bu gün festivalın qırmızı xalısına çıxıb. Onları festivalın direktoru Alberto barbera müşayiət edib.

Qeyd edək ki, Azərbaycan filminin premyerası 2-12 sentyabr tarixlərində keçirilir. Azərbaycanla ABŞ-ın birgə istehsalı olan ekran işində Məryəm Nağıyeva, Mürvət Əbdüləzimov, Kamran Hüseynov və Samir Abbasov da çəkiliblər.

“In Between Dying” əsas müsabiqəyə daxil olan 18 layihədən biridir.

0
Qafqazinfo.az