"Qəhrəmanlıq mövzusu ilə bağlı filmlər müntəzəm qaydada efirlərdə nümayiş olunur. İllərdir ki, biz buna hazırlıq işlərə görmüşük".
Bu sözləri Cebhe.info-ya açıqlamasında ssenarist, tarix üzrə fəlsəfə doktoru Mahir Qəribov deyib. O, yaxın günlərdə cəbhədə baş verənlərlə bağlı film çəkilə biləcəyini deyib:
"Hər kəs öz sahəsi üzrə işini görməlidir. Biz də hazırladığımız sənədli filmlərlə ordumuza dəstəyimizi göstəririk. Cəbhədə yaşananlar bizə ruh yüksəkliyi verir. Biz də bu ruh yüksəkliyi sayəsində, qəhrəmanlarımıza dəstək olmaq üçün işlər görəcəyik və yaxın günlərdə cəbhədə yaşananlarla bağlı film çəkilişi reallaşacaq".