Kann Film Festivalı yenidən təxirə salındı

MƏDƏNİYYƏT
10:29 / 28.01.2021
1774

Beynəlxalq Kann Film Festivalı növbəti dəfə təxirə salınıb.

“Euronews” xəbər verir ki, 2021-ci il mayın 11-dən 22-dək planlaşdırılmış festivalın iyulun 6-dan 17-dək keçirilməsi nəzərdə tutulur.

Təşkilatçılar hesab edirlər ki, yay aylarında koronavirusun yayılması səngiyəcək və festivalı ənənəvi qaydada keçirmək mümkün olacaq.

Xatırladaq ki, ötən il pandemiya səbəbindən məşhur film festivalı baş tutmamışdı.

0
oxu.az