Əməkdar artist vəfat etdi

15:29 / 10.02.2021
1556

Tanınmış teatr və kino aktyoru, Gəncə Dövlət Dram Teatrında və Gəncə Dövlət Nizami Poeziya Teatrında uzun müddət çalışmış Əməkdar artist, Prezindent mükafatçısı Əlican Əzizov vəfat edib.

HİT.Az xəbər verir ki, bu barədə sənətkarın sənət yoldaşları məlumat yayıb.

Ə.Əzizov Azərbaycanfilmin istehsalı olan "Süd dişinin ağrısı", "Dairə", "Şahid qız" filmlərində çəkilib.

0