Dünyaca məşhur cazmen və bəstəkar Çik Koria dünyasını dəyişib.
Bu barədə əfsanəvi musiqiçinin ailəsi məlumat verib.
Bildirilib ki, o, fevralın 9-da xərçəng xəstəliyindən həyatını itirib.
Qeyd edək ki, 80 yaşlı cazmen 50 dəfə “Qremmi”yə namizəd göstərilib, 23 dəfə sözügedən mükafatı qazanıb.
2001-ci ildə Bostonun mərkəzi küçələrindən birinə onun adı verilib.
Qafqazinfo