Azərbaycan Türkiyə ilə birgə Vətən müharibəsi haqqında film çəkəcək

MƏDƏNİYYƏT
12:57 / 02.03.2021
1186

Azərbaycan Türkiyə ilə Vətən müharibəsi haqqında birgə film çəkəcək.

HİT.Az xəbər verir ki, bunu Azərbaycanın Mədəniyyət naziri Anar Kərimov Türkiyə KİV-lərinə açıqlamasında deyib.

"30 ildir işğal altında olan torpaqlarımızı azad etdik və həmin o müharibə, müharibədə döyüşən qəhrəman əsgər və zabitlərimiz haqqında yüksək səviyyəli bir film çəkmək üçün qardaş ölkə Türkiyənin kino şirkətləri ilə bigə çalışmaq niyyətindəyik".

0