“Kurtlar Vadisi”, “Sen anlat Karadeniz”, “Sakarya Fırat” kimi məşhur serialların rejissoru Osman Sınav “ARB 24”ün efirində “Nə baş verir?” verilişində canlı bağlantıya qoşulub.
HİT.Az xəbər verir ki, Osman Sınav deyib ki, tarixi film çəkmək, tarixi layihə ərsəyə gətirməyin bir səbəbi olmalıdır:
“Tarixi film çəkməyin bir məqsədi, səbəbi olmalıdır. Bu layihə qarşımızdakı tarixi qorumağa hesablanmalıdır. Tarixi birlikdə və yenidən inşa etməliyik. Uzun illər idi ki, Mübariz İbrahimovun filmini çəkmək istəyirdim. Amma bir hekayə yarada bilmədik, onun özəl həyatı ilə bağlı çox məlumat ala bilmədim. O, mənim üçün çox əhəmiyyətlidir. Xüsusilə, Qarabağ məsələsində Mübariz Azərbaycanın çox vacib qəhrəmanlarından biridir”.