Yanvarın 28-dən reanimasiyaya yerləşdirilən xalq artisti Rafiq Hüseynov palataya köçürülüb.
Bu barədə açıqlamasında Rafiq Hüseynovun həyat yoldaşı Güllü Hüseynova deyib. O bildirib ki, müalicəsi davam etdirilən Rəmiş Hüseynov hələ ki, danışa bilmir.
Gülü Hüseynova onu da qeyd edib ki, dostları və sənət yoldaşları daim Rəmişin səhhəti ilə maraqlanır:
“Xalq artisti Mənsum İbrahimov, əməkdar artist Təyyar Bayramov, Milli Qəhrəman İbad Hüseynov Rəmişi daim diqqətdə saxlayır”.
Xalq artistinin həyat yoldaşı Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevaya bir daha təşəkkürünü bildirib.
Qeyd edək ki, xalq artistinin müalicəsi Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın nəzarətindədir.