Azərbaycan Samirənin səhnə şousu üçün ona müraciət etdi - FOTO

MƏDƏNİYYƏT
19:38 / 20.03.2021
1678

Azərbaycan bu il Samirə Əfəndinin “Mata Hari” mahnısının səhnə şousu üçün rejissor Mads Enggaarda müraciət edib. 

“Qafqazinfo” xəbər verir ki, M. Enggaard bu barədə sosial şəbəkədə məlumat yayıb.

“Ötən il yarımçıq qalan planlarımızı bu dəfə reallaşdıracağıq və bu istedadlı sənətçi ilə bir daha çalışmaqdan şərəf duyuram. Ardıcıl üç ildir ki, Azərbaycanın səhnə rejissorluğunu mən etdiyim üçün xoşbəxtəm. Bu il Rotterdama gedib başladığımız işi başa çatdıracağıq”,- deyə qeyd olunub. 

Qeyd edək ki, Danimarkadan olan Enggaard sonuncu dəfə Çingiz Mustafayevin “Truth”  mahnısının səhnə performansı üzərində çalışmışdı. 

1