Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi koronavirusa yoluxub.
Bu barədə Report-a Xalq artisti özü məlumat verib.
O bildirib ki, 8 gün əvvəl özünü narahat hiss edib:
“Koronavirusa görə verdiyim testin cavabı pozitiv çıxıb. Səhhətim yaxşıdır, müalicəmi ev şəraitində davam etdirirəm. Hər şey yaxşıdır”.