C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası “Məryəm” adlı yeni filmin istehsalına hazırlaşır.
Kinostudiyadan verilən məlumata görə, filmin çəkilişləri may-iyun aylarında Şəki, Qax, Zaqatala və Balakən bölgələrində aparılacaq.
Filmin ssenari müəllifi və rejissoru Elçin Musaoğludur.
Film ölmüş bildiyi atasını görmək üçün uzun illər sonra Azərbaycana gələn və onu ucqar rayonda yerləşən psixiatrik xəstəxanada tapan Məryəm adlı qızdan bəhs edir.