Qarabağla bağlı səhnələr məşhur türk serialında canlandırıldı - VİDEO

MƏDƏNİYYƏT
14:16 / 20.04.2021
1357

Türkiyənin "Fox TV" kanalında yayımlanan məşhur "Savaşçı" serialında Qarabağla bağlı yeni səhnələr işıqlandırılıb.

Budəfəki bölümdə azərbaycanlı məcburi köçkünlərin Qarabağa qayıdarkən hücuma məruz qalması öz əksini tapıb.

Qeyd edək ki, serialda azərbaycanlı zabit obrazını Natiq Axund canlandırır. Bundan əlavə, həmyerlimiz Rafiq Rəhimli də əsgər obrazını yaradıb.

 

0
BAKU.WS