Əməkdar mədəniyyət işçisi, muğam ifaçısı Sərdar Əvəzoğlu vəfat edib.
HİT.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə məlumat paylaşılıb.
Bildirilib ki, S.Əvəzoğlu koronavirusdan dünyasını dəyişib.
Qeyd edək ki, Sərdar Əvəzoğlu 1959-cu ildə Bərdə rayonunun Qaradəmirçi kəndində anadan olub. Xalq musiqisinə olan marağı, qeyri-adi istedadı sayəsində Sərdar Əvəzoğlu muğam sənətinin incəliklərinə yiyələnib. Azərbaycan səhnəsində özünəməxsus yeri qazanıb.