Bukmeykerlərin “Avroviziya” proqnozu açıqlandı - Azərbaycan neçəncidir?

MƏDƏNİYYƏT
21:18 / 17.05.2021
1326

“Avroviziya” beynəlxalq mahnı müsabiqəsinin rəsmi bukmeykerləri yeni favoritin adını açıqlayıblar.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “EuroNvision” portalı məlumat yayıb. Bu il birinci pillədə İtaliya qərarlaşıb. Ölkəni müsabiqədə “Maneskin” rok qrupu “Zitti e buoni” mahnısı ilə təmsil edir. Uzun müddət proqnozda birinci olan Malta məşqlərdən sonra geriləyərək Fransadan sonra üçüncü yerə çıxıb. Maltanı Destini Çukunyere “Je me casse” mahnısı ilə təmsil edir.

Fransalı təmsilçi Barbara Pravi isə “Voila” mahnısı ilə ikinci yerdədir.

Bu il bukmeker siyahısında Azərbaycan 21-ci pillədə yer tutub. Bu, ölkəmiz üçün ilkdir. Belə ki, indiyədək Azərbaycan hər il ilk 15-likdə qərarlaşırdı.

Qeyd edək ki, “Avroviziya” müsabiqəsi 18-22 mayda Rotterdamda Ahou arenada keçiriləcək.

2
“Qafqazinfo”