Bu məşhurlar Azərbaycan üçün dəstək istədilər -FOTO

21:33 / 22.05.2021
1834

Türkiyəli müğənni Demet Akalın “Avroviziya-2021” mahnı müsabiqəsində ölkəmizi təmsil edən Samirə Əfəndiyə dəstək istəyib.

Xaricdə yaşayan bütün həmvətənlərindən bu axşam keçiriləcək finalda Azərbaycana səs vermələrini istəyib.

Bundan başqa, türkiyəli radio aparıcısı Doğancan Özadlı hamını Azərbaycana dəstək olmağa dəvət edib.

Rusiyada yaşayan azərbaycanlı ifaçı Bah Tee də Samirəyə azarkeşlik etdiyini deyərək hər kəsi Azərbaycana səs verməyə çağırıb.

0
“Qafqazinfo”