Bu gün Niderland Krallığının Rotterdam şəhərində “Avroviziya -2021” mahnı müsabiqəsinin final mərhələsi keçirilir.
HİT.az xəbər verir ki, ölkəmizi mahnı müsabiqəsində təmsil edən Samira Efendi 21-ci sırada yer alıb.
O, müəllifləri niderlandlı Amy van der Vel, Coş Earl və Lyuk van Birs olan "Mata Hari" mahnısını ifa edəcək.
Final mərhələsində 26 ölkə təmsilçisi çıxış edir.