Məşhurlar ölür, evlərinə isə çox zaman sahib çıxan olmur. Əşyalar qoyulduğu yerdə qalsa da, evlər xarabaya dönür.
Belə evlərdən biri də böyük mütəfəkkir, şair Əhməd Cavadın Şəmkir rayonunda yaşadığı evdir. Belə ki, şairin evi hazırda qəzalı vəziyyətdədir.
HİT.Az xəbər verir ki, bu barədə siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev sosial şəbəkə hesabında məlumat verib:
“Əhməd Cavadın və onun həyat yoldaşı Şükriyyə xanımın yaşadığı Şəmkir rayon Seyfəli kəndindəki evi...Bu ev, muzey olunacaq bu ev görün nə gündədir? Keçmiş mədəniyyət naziri Qarayev, Şəmkirin icra başçıları olmuş şəxslər, indiki nazir, bələdiyyələr bunu görməzdən gəldi... Bəs Şəmkirin imkanlı oğulları böyük Əhməd Cavadın evinin bu vəziyyətdə olduğunu görmədilərmi?
Şəmkir kimi tarixi bir şəhərin tarixə düşmüş bir övladının evinin bu gündə olmasına rayonun özündən deyən oğulları niyə biganə oldu axı?”