Xalq artistinin ailəsi niyə dağılıb? - Səbəbini açıqladı

MƏDƏNİYYƏT
23:16 / 05.06.2021
8841

"Mənim üçün əsas ailədir. Ailəli olanda 3 il sənətdən getdim. Bizim ayrılığımıza sənət səbəb olmadı. Xasiyyətinə görə ayrıldıq. Ərə gedəndə 23 yaşım var idi. Amma heç vaxt sənəti atmağıma peşman olmadım".

HİT.az xəbər verir ki, bu sözləri Xalq artisti Gülyaz Məmmədova "Zaurla Günaydın" proqramında deyib. Müğənni ailəsinin dağılma səbəbindən danışıb.

"Oğlunu niyə evləndirmir" sualına Xalq artisti "İstəyirəm. "Arşın mal alan"dakı kimi axtarışa çıxmışam. Namizədim var, gözaltı etmişəm. Elə ikimizin də seçimidir", - deyə cavab verib.

1