\"Xalq artistinin məzar daşı üçün vəsait nəzərdə tutulmayıb\" - Mədəniyyət Nazirliyi

18:15 / 01.07.2021
2789

Mərhum xalq artisti  Yalçın Rzazadənin məzar daşı 4 ay keçməsinə baxmayaraq hələ də hazırlanmayıb.

Mədəniyyət Nazirliyində İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryam Qafarzadə Unikal.org-un sorğusuna cavab olaraq bildirib ki, xalq artisti Yalçın Rzazadənin məzar daşının hazırlanması üçün  Mədəniyyət Nazirliyinin büdcəsində bu istiqamətdə vəsait nəzərdə tutulmayıb.

5