Xalq artisti Aygün Kazımova şəhid ailələri ilə keçirilən görüşə qatılıb.
HİT.Az xəbər verir ki, Müdafiə Nazirliyi tərəfindən Qurban bayramı ilə bağlı keçirilən tədbirdə müğənni mahnılar səsləndirib.
"Qürur və hüzün… Bir gözlə ağladıq, bir gözlə güldük. Şəhid xanımları ilə bir araya gəlib, bayram günü balacalarımızın üzünü güldürməyə çalışdıq. Bu gözəl görüşü təşkil etdikləri üçün Müdafiə Nazirliyinə təşəkkür edirik" deyə, A.Kazımova bildirib.