\"Yeni Klinika\"dan Yaqub Zurufçunun vəziyəti ilə bağlı açıqlama

13:49 / 10.09.2021
1323

Koronavirusa yoluxduğuna görə "Yeni Klinika” Tibb Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilən Əməkdar artist Yaqub Zurufçunun son durumu açıqlanıb.

HİT.az xəbər verir ki, "Yeni Klinika”nın reanimasiya şöbəsinin müdiri Emil Qasımov sənətçinin vəziyyətinin ağır qiymətləndildiyini bildirib.

"Qeyri invaziv süni tənəffüs aparatı dəstəyindədir. Vəziyyətinə uyğun intensiv terapiya aparılır. Vəziyyəti ağır stabil olaraq qalır”, - şöbə müdiri bildirib.

Əməkdar artistin həyat yoldaşı Aynur Zurufçu də bildirib ki, sənətçinin vəziyyəti ağır olaraq qalır.

"Səhər həkimi ilə danışdım. Bildirdi ki, heç bir dəyişiklik yoxdur. Vəziyyəti ağır stabil olaraq qalır. Müalicəsi davam etdirilir”, - A.Zurufçu qeyd edib.

0