Yaqub Zurufçunun vəziyyəti necədir? - Həyat yoldaşı açıqladı

09:26 / 14.09.2021
1430

Koronavirusa yoluxan Əməkdar artist Yaqub Zurufçunun son durumu açıqlanıb.

Əməkdar artistin həyat yoldaşı Aynur Zurufçu "Report"a bildirib ki, sənətçinin vəziyyəti ağırdır.

“Səhər həkimlə danışdım. Yaqubun vəziyyətinin ağır olduğunu bildirdilər”, - o qeyd edib.

Qeyd edək ki, Əməkdar artist Yaqub Zurufçu bir neçə gün əvvəl koronavirusa yoluxub və "Yeni Klinika”nın reanimasiya şöbəsinə yerləşdirilib. Müğənni süni nəfəs aparatına qoşulub.

0