İlham Əliyev Xalq artistinə ev bağışladı

MƏDƏNİYYƏT
16:05 / 17.09.2021
2302

Prezident İlham Əliyev tarzən, Xalq artisti, professor Vamiq Məmmədəliyevə üçotaqlı mənzil hədiyyə edib.

HİT.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya sənətkarın özü məlumat verib.

Onun sözlərinə görə, ev ona 75 illik yubileyi münasibətilə verilib: "Prezidentin mənzil şəraitimin yaxşılaşdırılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə verdiyi tapşırığa əsasən mənə verilən ev hədiyyəsi ailəmizdə böyük sevinclə qarşılandı. Bu, həm də musiqimizə, muğam sənətinə verilən misilsiz dəyərdir”.

Qeyd edək ki, bu il iyunun 9-da V. Məmmədəliyevin 75 yaşı tamam olub. 

0