Səyyad Əlizadənin vəziyyəti ağırlaşdı

14:50 / 21.09.2021
1122

Koronavirusa yoluxan müğənni Səyyad Əlizadənin vəziyyəti yenidən ağırlaşıb. 

HİT.az xəbər verir ki, bu barədə Oxu.Az-a müğənninin qohumu Razim Qarayev məlumat verib. 

O bildirib ki, həkimlər sənətçinin vəziyyətini stabil ağır kimi qiymətləndirirlər:

"Səyyad Əlizadənin vəziyyətinin yaxşılaşması üçün həkimlər əllərindən gələni edirlər. Ciddi nəzarət altında, komada, süni tənəffüs aparatında saxlanılır. Dünəndən bu günə heç bir irəliləyiş yoxdur”.

0