Xalq artistinin oğlunun vəziyyəti ağırdır - VİDEO

MƏDƏNİYYƏT
15:07 / 22.10.2021
2044

Mərhum Xalq artisti Eldəniz Zeynalovun oğlu Məmməd Zeynalov ağır xəstəlikdən əziyyət çəkir.

"Elgizlə izlə" proqramının əməkdaşları onun evində olublar. Bir müddət əvvəl verilişə müraciət edərək yardım istəyən Məmməd səhhətindəki problemlərin hələ də davam etdiyini bildirib.

O, sıradan çıxan böyrəyi ilə uzun müddət yaşaya bilməyəcəyini, təcili olaraq böyrək köçürülməli olduğunu deyib:

"Əlimin biri keyiyib, işləmir, təzyiqim 240-dır. Mən belə uzun müddət inanmıram yaşaya bilərəm. Bilmirəm nə edim. Həkimlər deyir ki, təcili böyrək köçürülməsə beyninə qan sıza, yaxud da ölə bilərsən. Çünki beynimə bir dəfə qan sızıb, artıq ikinci dəfə olarsa komaya düşəcəm. Bezmişəm, çox əziyyət çəkirəm. Bacım deyib ki böyrəyini verəcək" 

Xatırladaq ki, Xalq artistinin oğlu ağ ciyər xərçəngindən əziyyət çəkir. O, bir müddət əvvəl koronavirusa yoluxub, daha sonra isə sağalıb.

 

0