Xalq artisti reanimasiyadan palataya köçürüldü

MƏDƏNİYYƏT
15:29 / 04.12.2021
1178

Zığda yerləşən Modul tipli xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Eldost Bayram bu gün reanimasiyadan palataya köçürülüb.

Bu barədə APA-ya Xalq artistinin həyat yoldaşı Minarə Bayramova məlumat verib. O bildirib ki, sənətçinin səhhətində müsbətə doğru dəyişikliklər var.

Qeyd edək ki, Eldost Bayram bir müddət öncə “COVID-19” diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.

0