Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Prezident İlham Əliyevi 60 illik yubileyi münasibətilə təbrik edib.
Hit.az-ın xəbərinə görə, bu barədə Mövlud Çavuşoğlu "Twitter"də paylaşım edib.
“Can Azərbaycanın cənab prezidenti və Vətən Müharibəsinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin 60-cı doğum gününü təbrik edirəm. Ad gününüz mübarək, cənab Prezident!”, - qeyd olunub.