SƏNƏT
20:49 / 25.12.2021
289

Afaq Bəşirqızı Novruz Qartalla bağlı qalmaqallı çıxışından danışdı - VİDEO

Xalq artisti Afaq Bəşirqızı Əməkdar artist Novruz Qartal haqqında dediyi "Xəstə adamdır da, milli qəhrəman etmisiniz" sözlərinə aydınlıq gətirib.

HİT.az xəbər verir ki, aktrisa "Elgizlə izlə" proqramına zəng edərək söylədiyi fikirlərin yanlış anlaşıldığını qeyd edib:

"Söhbət elə olmayıb. Etdiyimi dilə gətirən deyiləm, sevmirəm. Bunu özümə təhqir sayıram. Novruz Qartalın vəziyyətini efirdə səsləndirib, bəyan etməyi mən dedim.

İnsanlar məni günahsız bilsin deyə, danışan deyiləm. Dediyim sözün üstündəyəm. Demişəm ki, Novruz Qartalın bu xəstə halda şəklini verə-verə nə fikirləşirsiniz? Novruz Qartalı etmisiniz Milli Qəhrəman, ondansa ona kömək edin".

0