SƏNƏT
21:05 / 27.12.2021
546

Əməkdar artist ağır xəstəliyə tutuldu

Tanınmış teatr və kino aktrisası, Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının əməkdaşı, Əməkdar Artist Mələk Abaszadə artıq üçüncü aydır ki, differensiallaşmamış birləşdirici toxuma xəstəliyindən əziyyət çəkir.

Bu barədə Teatrın mətbuat xidmətindən “Trend”ə məlumat verilib.

Hal-hazırda xəstəlik sürətli kəskin inkişaf fazasına qədəm qoyub. Yekun diaqnoz və müvafiq müalicəni dəqiqləşdirmək üçün təcili təkrar müayinəyə ehtiyac yaranıb.

Aktrisa bir ay əvvəl İstanbuldakı Cons Hopkins adına Anadolu xəstəxanasında müayinə olunub. İlkin diaqnoz limfadenit olsa da, o, biopsiyadan sonra təsdiqlənməyib.

Hazırda aktrisanın vəziyyəti orta ağırdır.

0