Alim Qasımov nəvəsinin toyundan danışdı: “Vallah, hələ ayılmamışam”

17:05 / 31.01.2022
1884

"Nəvə toyunu görmək Allah bizə də nəsib etdi".
 
Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti, sevilən sənətkar Alim Qasımov nəvəsinin toyundan danışarkən deyib.
 
Xanəndə Azərbaycan xalqına xoş gün arzulayıb:

"Allah bütün subaylarımıza toy sevinci yaşatsın".

Toyda "Azan" oxumusunuz. "Azan"ı özünüz oxudunuz, ya qonaqların  arzusu ilə” sualına Alim Qasımovun cavabı belə oldu:

"Vallah xəbərim yoxdur, canım üçün hələ ayılmamışam... Toy oxumaq, oynamaq üçündü..."

Qeyd edək ki, yanvarın 30-da Xalq artisti Alim Qasımovun nəvəsi Fatimə ilə "Natiq" ritm qrupunun rəhbəri Natiq Şirinovun oğlu Ümidin qız toyu olub. Fatimə Əməkdar artist Fərqanə Qasımovanın qızıdır. 

0