Ukrayna təmsilçisi “Avroviziya”dan imtina etdi

MƏDƏNİYYƏT
20:30 / 16.02.2022
1288

Ukraynanın “Avroviziya-2022” milli seçimində qalib gələn müğənni Alina Paş müsabiqədə iştirak etməyəcək.

 

Modern.az xəbər verir ki, bu barədə o, özünün sosial media hesabında məlumat yayıb.

 

Alina Paş 2015-ci ildə Krıma səfəri ilə bağlı yaranmış vəziyyətə görə müsabiqədən imtina etdiyini bildirib.

 

Qeyd edək ki, müğənni 2015-ci ildə Krımda çıxış etdiyini etiraf edib. O, Ukraynanın Krımla sərhədini qanuni yolla keçdiyini təsdiq edən sənəd təqdim edib, ancaq ölkənin Dövlət Sərhəd Xidməti onun hansı sənəddən bəhs etdiyindən xəbərsiz olduğunu açıqlayıb. Bu səbəbdən müğənni sosial şəbəkələrdə tənqid olunub.

0