Əlibaba Məmmədov dəfn olundu

MƏDƏNİYYƏT
13:42 / 26.02.2022
1151

Xalq artisti, “Şərəf” və “Şöhrət” ordenli bəstəkar, xanəndə Əlibaba Məmmədov bu gün Fəxri xiyabanda dəfn olunub.

APA-nın xəbərinə görə, dəfn mərasimində mədəniyyət naziri Anar Kərimov, mərhumun ailə üzvləri, bir sıra hökumət və mədəniyyət nümayəndələri iştirak ediblər.

“Biz bu gün muğam sənətimizin keşiyində duran, onu qoruyan, onu bəsləyən bir şəxsiyyəti, sənətkarı itirdik. Əlibaba müəllimin sənəti unudulmaz idi. Onun Azərbaycan mədəniyyətinə, muğamına verdiyi töhfəni xalqımız heç vaxt unutmayacaq”, - Xalq artisti Ramiz Quliyev vurğulayıb.

1