"Psixoloji dəstək almağa başlamışam" - Azərbaycanlı aktrisa

MƏDƏNİYYƏT
12:04 / 13.03.2022
1511

Aktrisa Fidan Axundova psixoloji dəstək almağa başlayıb.

HİT.az xəbər verir ki, bu barədə aktrisa "Söz-baz" verilişində etiraf edib. F.Axundova aparacılığını etdiyi "O üz" verilişindən sonra çətinliklərlə üzləşdiyini bildirib:

"Son dönəmlər proqramdan sonra çətinliklərim oldu. Özümü psixoloji olaraq araşdırmağa, pəşəkar dəstək almağa başladım. Çətin idi, gecələr yata bilmirdim, həmin insanların sözləri yadıma düşürdü. O mənə əziyyət verirdi, özümü pis hiss edirdim. Peşəkar dəstək aldıqdan sonra məlum oldu ki, duyğusal insanam. Sadəcə olaraq hisslərimi ürəyimdə basdırmağa çalışmışam. Psixoloq yanına getməyə başladım, gördüm ki, bu mənə yaxşı təsir edir".

0