Əməkdar artist Qoçaq Əsgərova ağır itki üz verib.
Qaynarinfo xəbər verir ki, xanəndənin atası Məhərrəm Əsgərov 76 yaşında dünyasını dəyişib.
Xanəndə Qaynarinfo-ya açıqlamasında atasının beyin insultu keçirdiyini bildirib:
"Bir il idi yataq xəstəsiydi. Edilən müalicələrə baxmayaraq, onu həyata qaytara bilmədik. Zəhmətkeş atam, yerin cənnət olsun”.
Qoçaq Əsgərov deyir ki, atasının yeganə arzusu elini-obasını görmək olub:
"Biz Füzuli rayonunun Qoçəhmədli kəndindənik, ora gedəndə evimizi lentə aldım, atama göstərdim. Atamı kəndimizə apara bilmədim, buna cox peşmanam”.