Xalq artisti ABŞ-da xeyriyyə konserti verəcək: puluna it alınacaq...

MƏDƏNİYYƏT
09:43 / 13.04.2022
3745

Xalq artisti, xanəndə Nəzakət Teymurova Vaşinqtonda xeyriyyə konserti verəcək.

Bu barədə Qaynarinfo-ya xanəndənin özü məlumat verib.
 
Nəzakət Teymurovanın sözlərinə görə, sözügedən konsert Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək:

"Konsert layihəsi mayın 3-də baş tutacaq. Konsertdən əldə olunan vəsait işğaldan azad olunan ərazilərdə minaların təmizlənməsi prosesində əlavə itlərin alınmasına sərf olunacaq. Konsertdə digər sənət adamları da iştirak edəcək”.

Qeyd edək ki, konsertin dirijoru Fuad İbrahimovdur. Gecəni Bakı Kamera Orkestri və Xarı Bülbül Muğam qrupu idarə edəcək.

3