Rüstəm İbrahimbəyovun 40 mərasimi harada keçiriləcək?

MƏDƏNİYYƏT
12:13 / 14.04.2022
1595

Xalq yazıçısı, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, kinodramaturq, mərhum Rüstəm İbrahimbəyovun 40 mərasimi Təzəpir məscidində keçiriləcək.

HİT.az xəbər verir ki, bu barədə mərhumun qızı Fatimə İbrahimbəyova məlumat yayıb.

Onun sözlərinə görə, mərasim aprelin 20-də saat 19:00-da baş tutacaq.

Qeyd edək ki, Xalq yazıçısı, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, kinodramaturq Rüstəm İbrahimbəyov martın 10-da Moskvada dünyasını dəyişib. 

Mərhum martın 16-da I Fəxri Xiyabanda dəfn edilib.

0