Otuz beş dollara alınmış büst qiymətli sənət əsəri çıxdı

MƏDƏNİYYƏT
19:57 / 11.05.2022
1549

ABŞ-da bir qadının 4 il əvvəl köhnə görünüşünü bəyəndiyi üçün 35 dollara aldığı büstün tarixi 2 min illik Roma büstü olduğu məlum olub.

HİT.az xəbər verir ki, Laura Young adlı qadın 2018-ci ildə 35 dollara aldığı 2 min illik Roma büstünü açıqlanmayan bir məbləğə Texasdakı San Antonio İncəsənət Muzeyinə satıb.

Qeyd edək ki, İkinci Dünya müharibəsi zamanı yoxa çıxdığı elan edilən qiymətli sənət əsəri Almaniyaya qaytarılacaq.

0