Məşhur isveçli pianoçu Martin Sturfelt Bakıda çıxış edəcək

19:03 / 12.05.2022
1709

Məşhur isveçli pianoçu Martin Sturfelt mayın 27-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında çıxış edəcək.

HİT.az xəbər verir ki, M.Sturfelti Əməkdar incəsənət xadimi, dirijor Elşad Bağırovun rəhbərliyi altında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edəcək.

Qeyd edək ki, konsertdə görkəmli Azərbaycan bəstəkarları Fikrət Əmirov, Qara Qarayev, İsveç bəstəkarları Vilhelm Stenhammar və Kurt Atterberqin əsərləri səsləndiriləcək.

0