Rəşid Behbudov Xalq artistini toya getməməsi üçün "Quran"a əl basdırıb - VİDEO

MƏDƏNİYYƏT
14:21 / 13.07.2022
2097

Xalq artisti Mübariz Tağıyev toylarda iştirak etməməsinin səbəblərini açıqlayıb.

HİT.az xəbər verir ki, "10-da görüşək" verilişinə qonaq olan ifaçı toya getməməsi üçün "Quran" a əl basdığını etiraf edib.

Sənətçi bunu SSRİ Xalq Artisti, SSRİ və Azərbaycan SSR dövlət mükafatları laureatı Rəşid Behbudovun istəyi ilə etdiyini bildirib:

"Rəşid Behbudov "Quran" kitabı gətirdi. Dedi, "əlini qoy üstünə". Qorxu varsa, sadəcə Allahdandır. O illərdə toya gedənləri Flarmoniyanın qapısına belə yaxın buraxmırdılar. Əlimi "Quran"a basdım, bununla da məsələ bitdi".

Ətraflı videoda:

1