Aysel Əlizadənin kitabı Beynəlxalq Konqresdə təqdim edildi - FOTOLAR

MƏDƏNİYYƏT
15:36 / 02.08.2022
1912

İyulun 24-dən 29-dək Tbilisidə Beynəlxalq Müqayisəli Ədəbiyyat Assosiasiyasının 13-cü Konqresi keçirilib. İlk dəfə olaraq Konqres hibrid formatda təşkil edilib, yəni bəzi sessiyalar əyani, bəziləri isə oflayn rejimdə baş tutub.

Konqres belə adlanıb: "Dünya ədəbiyyatını nəzərdən keçirmək: qlobal və lokal, meynstrim və marginal”.

NEXT GEN adlı seminarların ardıcıllığı xüsusilə aspirantlar və yeni başlayan tədqiqatçıların çağdaş ideya və yanaşmalarla təqdim etdikləri müqayisəli ədəbi nümunələrə həsr edilib.

Konqresdə Qazaxıstanın Nazarbayev Universitetinin doktorantı əslən Almaniyadan olan Eva Lennartz iki feminist kitabı təqdim edərək müqayisəli təhlillər aparıb: Azərbaycan yazıçısı Aysel Əlizadənin "Qızlar Ağlamaz” və Polşa-Almaniya yazıçısı Marqarat Stokovskinin "Untenrum frei” (Aşağıda pulsuzdu). Hər ikisi Azərbaycanda və Almaniyada qız kimi böyüməyin nə demək olduğuna aydınlıq gətirən yeni və dolğun əsərlərdir. Almaniyadan gələrək üç il Azərbaycanda yaşayıb-işləyən tədqiqatçı Yeva Lennartz hər iki ədəbi əsəri təhlil edib. Lenartz açıqlamasında "Qızlar ağlamaz” əsərinin müəllifi Aysel Əlizadə ilə söhbətindən danışıb. "Mən Azərbaycanda qadınların üzləşdiyi problemlərlə tanış oldum. Bu söhbət xüsusilə vacib idi, çünki bir coğrafiyada vəziyyəti dərindən təhlil etmək üçün oranın keçdiyi yolun və mübarizənin ən yaxşı səsi yerli müəllifdi. Ölkələr müxtəlif inkişaf mərhələlərində olsalar da, təhlillər göstərir ki, Azərbaycanda və Almaniyada qadınlar oxşar problemlərlə üzləşirlər. Stokowskinin tonu birbaşa, polemik və sərt olsa da, Əlizadənin üslubu barışdırıcı və həvəsləndiricidir. Hər iki yanaşmanın birləşməsi gender bərabərliyi problemlərinə diqqət çəkə, eyni zamanda feminist mübarizədə qadınların oyanışına, kişilərin müzakirələrə cəlb edilməsinə istiqamətləndirici işıq ola bilər”.

0