SƏNƏT
08:51 / 30.09.2022
1529

"Dostum Qardaşım" filminin çəkilişləri nə yerdədir? - AÇIQLAMA GƏLDİ (FOTOLAR)

Tanınmış qiraətçi, şair-ssenarist Nicat Əjdər (Mənalı) Milli Qəhrəman Mübariz İbrahimovun həyatına həsr edilmiş "Mübariz" adlı tam metrajlı bədii filminin çəkilişlərini bitirib, hazırda "Dostum Qardaşım" filminin çəkilişləri ilə bağlı ortağı Zamin Möhsünovla birlikdə İstanbulda bütün türk dünyasının dostluğundan, qardaşlığından və çətin günlərində bir-birlərinə necə dayaq, dəstək olmasından danışılan filmin çəkilişlərinə start verib.

Filmin mətbuat katibi, tanınmış aparıcı Fidan Oruc Əliyeva Hit.az-a bildirib ki, çəkilişlər "İşıklar Film studiyosu" adlanan məkanda cərəyan edir.

Məlumat üçün bildirək ki, "Dostum Qardaşım" 90 dəqiqəlik tammetrajlı filmdir. Fİlmin çəkilişləri Türkiyə, Özbəkistan, Azərbaycan da olmaqla 6 dan çox türk dövlətində təqdimatı olacaq.

Qeyd edək ki, filmin Baş prodüseri, ssenari müəllifi Nicat Mənalı, prodüser Zamin Mövsumov, rejissor Natiq Novruzov, quruluşçu operator isə Akan Açıqsözdür.

0