Ötən gün 83 yaşında vəfat edən Əməkdar artist Süleyman Abdullayevin (Dədə Süleyman) qızı Aygün Abdullayeva atasının vəsiyyətini açıqlayıb.
HİT.az xəbər verir ki, sənətkarın qızı Yenicag.az-a açıqlamasında bunları deyib:
“Atam vəfat etməzdən öncə mənə dedi ki, üç vəsiyyətim var, bunları mütləq şəkildə yerinə yetirərsiniz. Vəsiyyət elədir ki, onu mütləq yerinə yetirməliyik.
Birinci vəsiyyəti bu idi ki, Füzuli rayonunun Qoçəhmədli kəndindəki ata-baba evini tanınmış aparıcı Nanə Ağamalıyevaya verək. Çünki atam ona hər zaman diqqət, qayğı göstərən Nanəni çox istəyirdi. Halal xoşu olsun, övlad olaraq halallığını verirəm.
İkinci vəsiyyəti bu idi ki, onu anamın yanında dəfn edək. Demişdi, birdən məni Fəxri xiyabanda dəfn etməyi məsləhət görərlər, buna görə dövlətimizə təşəkkür edərsiz, amma məni ananızın yanında dəfn edərsiz.
Üçüncü vəsiyyəti də mənimlə bağlıdır. Yaşadığı evi mənə bağışladı”.
Qeyd edək ki, N.Ağamalıyeva aparıcısı olduğu “Şou ATV” və “Nanəli” verilişlərində Dədə Süleymana buraxılışlar həsr edib.